"OPEC+" ölkələri gələn il üçün kvotaları artırmağa razılaşıblar

Digər ölkələr
  • 02 iyun, 2024
  • 13:51
OPEC+ ölkələri gələn il üçün kvotaları artırmağa razılaşıblar

"OPEC+" sazişində iştirak edən ölkələrin nazirləri razılığın müddətini 2025-ci ilə qədər uzadıblar.

"Report" xəbər verir ki, bu barədə OPEC-in saytında yerləşdirilən yekun kommünikedə deyilir.

Hesablamalara görə, gələn il alyans ölkələri tərəfindən icazə verilən neft hasilat səviyyəsi sutkada 300 min barel artacaq.

"OPEC+" həmçinin ittifaq ölkələrinin istehsal gücünün qiymətləndirilməsi əsasında 2026-cı il üçün kvotalar müəyyən edəcək.

BƏƏ-də kvotanın artırılması 2025-ci ilin yanvarından sentyabrın sonunadək mərhələli şəkildə həyata keçiriləcək. Səudiyyə Ərəbistanı və Rusiya üçün 2025-ci il üçün neft hasilatının icazə verilən səviyyəsi 2024-cü illə müqayisədə dəyişməyib - müvafiq olaraq sutkada 10,478 milyon və 9,949 milyon barel.

Növbəti iclas dekabrın 1-nə planlaşdırılıb.

44 - Tezliklə