Ömuralıyev: TDT ölkələri bu gün 58 müxtəlif istiqamət üzrə əməkdaşlıq edir

Digər ölkələr
  • 02 aprel, 2026
  • 12:41
Ömuralıyev: TDT ölkələri bu gün 58 müxtəlif istiqamət üzrə əməkdaşlıq edir

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu gün 58 istiqamət üzrə əməkdaşlıq həyata keçirilir ki, bu da üzv ölkələr arasında qarşılıqlı əlaqələrin əhəmiyyətli dərəcədə genişləndiyindən xəbər verir.

"Report"un məlumatına görə, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömuralıyev Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"İlk görüşümüzdən bəri bu platforma artıq öz əhəmiyyətini sübut edib. O, praktiki əməkdaşlığın gücləndirilməsi və hökumətlər arasında daha yaxşı koordinasiyanın təmin edilməsi üçün mühüm mexanizmə çevrilib", - o qeyd edib.

K.Ömuralıyevin sözlərinə görə, TDT son illərdə fəaliyyət sahəsini əhəmiyyətli dərəcədə genişləndirib: "Bu gün biz artıq 58 müxtəlif istiqamət və əməkdaşlıq mexanizmi üzrə qarşılıqlı əlaqə qururuq. Dövlət başçılarının sammitlərdə qəbul etdikləri qərarların tam həyata keçirilməsinin təmin edilməsinin zəruriliyi də artır. Bu platforma irəliləyişin qiymətləndirilməsi və onların reallaşdırılmasının sürətləndirilməsi üçün dəyərli imkandır".

44 filmi