Omanın Salalah limanı PUA hücumundan sonra fəaliyyətini dayandırıb - YENİLƏNİB
- 28 mart, 2026
- 17:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Omanın cənubundakı Salalah limanı dron hücumundan sonra fəaliyyətini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə TASS Danimarkanın Maersk gəmiçilik şirkətinə istinadən xəbər verir.
"Terminal kranının zədələnməsi ilə nəticələnən hadisədən sonra liman heyəti təxliyə edilib və obyektin bütün ərazisində iş müvəqqəti dayandırılıb", - məlumatda qeyd olunub.
"Maersk"in qiymətləndirməsinə görə, fəaliyyətin dayandırılması iki sutka davam edəcək.
Omanın cənubundakı Salala limanı iki pilotsuz uçuş aparatı ilə atəşə tutulub.
"Report" xəbər verir ki, bu barədə "Oman news agensy" təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Nəticədə əcnəbi işçilərdən biri orta dərəcəli xəsarət alıb.
Oman hakimiyyəti təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirir.