Obama: "ABŞ Almaniyaya hər cür kömək etməyə hazırdır"
Digər ölkələr
- 23 iyul, 2016
- 03:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Münhendəki silahlı insidentlə əlaqədar Almaniyaya dəstəyini ifadə edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ-ın Almaniyaya istənilən köməyi etməyə hazır olduğunu bəyan edib.
"Biz dəqiq bilmirik ki, orda nələr baş verir. Amma aydındır ki, ürəyimiz ordakı insanlarladır. Biz onların ehtiyacı olduğu hər cür dəstəyi verməyə hazırıq", - deyə ABŞ rəhbəri Ağ Evdəki çıxışında bildirib.
Qeyd edək ki, dünən Münhendə ticarət mərkəzində baş vermiş silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisəni İran əsilli Almaniya vətəndaşı törədib.
Qanlı hadisənin motivi məlum deyil.
Son xəbərlər
04:17
Tramp: "Flydubai" təyyarəsini santexnik xilas edib
Digər ölkələr03:44
"O Jogo": Ronaldu karyerasını Portuqaliya millisində başa çatdırmaq qərarına gəlib
Futbol03:08
ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
Digər ölkələr02:39
Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr02:23
Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb
Digər ölkələr01:51
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:12
Tramp: ABŞ hərbçiləri üç gündə Hörmüzdən rekord miqdarda neftin çıxarılmasına kömək edib
Digər ölkələr00:41
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib – YENİLƏNİB
Hadisə00:37