Nyu-Yorkda vertolyotun suya düşməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Digər ölkələr
  • 12 mart, 2018
  • 02:00
Nyu-Yorkda vertolyotun suya düşməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Bakı. 12 mart. REPORT.AZ/ Nyu-Yorkda vertolyotun boğaza düşməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "NY1" telekanalı məlumat yayıb.


***03:59

Bakı. 12 mart. REPORT.AZ/ Nyu-Yorkda vertolyotun suya düşməsi nəticəsində azı 2 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə şəhər merinin mətbuat katibi Erik Fillips "Twitter" mikrobloqunda məlumat yayıb.

"Azı 1 nəfər sağ qalıb, 2 nəfər isə ölüb. Dalğıclar hələ də, sudadırlar", - deyə o yazıb.

"Fox News" telekanalının məlumatına görə, vertolyot bazar günü İst-River boğazına düşüb.

Nyu-Yorkda vertolyotun suya düşməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

44 - Tezliklə