​Nyu-Yorkda uşaq meydançasında atışma zamanı 5 nəfər yaralanıb

Digər ölkələr
  • 14 iyun, 2016
  • 00:45
​Nyu-Yorkda uşaq meydançasında atışma zamanı 5 nəfər yaralanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Ötən gün Nyu-Yorkun Bruklin rayonu ərazisində yerləşən uşaq meydançalarından birində naməlum şəxs atəş açıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın böyük meqapolisinin polis nümayəndələri məlumat veriblər.

Onların sözlərinə görə, insident zamanı yaşları 15-18 aralığında olan 5 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər və ilkin məlumatlara görə, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı heç kim hələ ki, həbs olunmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.