Nyu-Yorkda qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan olunub

Digər ölkələr
  • 23 yanvar, 2016
  • 16:50
Nyu-Yorkda qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Nyu-York rəhbərliyi qar çovğunu səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.

“Report” “New York Times” nəşrinə istinadən xəbər verir ki, şəhər meri Endryu Kuomo sürücüləri şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıb.

“Yollar çox, çox pisdir”, — deyə o yerli televiziyanın efirində bildirib.

Yerüstü şəhər nəqliyyatının işi günün ikinci yarısında dayandırılacaq.

Qar çovğunu ABŞ-da artıq 9 nəfərin ölümünə və ölkənin bütün Şərq sahili boyunca 8 mindən çox aviareysin təxirə salınmasına səbəb olub.