Nyu Yorkda gün ərzində koronavirusdan 700-dən çox insan öldü

Digər ölkələr
  • 12 aprel, 2020
  • 16:44
Nyu Yorkda gün ərzində koronavirusdan 700-dən çox insan öldü

ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı 9 min nəfəri ötüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, son sutka ərzində 758 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. 

“9 385 nəfər öldü”, - qubernator deyib.

Endryü Kuomo qeyd edib ki, yoluxmadan sonra koronavirusdan ölənlərin sayının artım sürəti hələ ki, yüksəlmir.