Nyu-Yorkda Donald Trampın hotelinin fasadında Putinin portreti əks etdirilib - FOTO
Digər ölkələr
- 08 avqust, 2017
- 09:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 avqust. REPORT.AZ/ Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın hoteli "Trump SoHo" kompleksinin fasadında Rusiyanın üçrəngli bayrağı fonunda Rusiya Prezidenti Vladimir Putinin portreti əks etdirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti razılıq əlaməti olan baş barmağını qaldırmış şəkildə əks olunub.
Bayrağın yuxarı hissəsində ingiliscə "Kömək etməyə şadam, qardaş" yazılıb. Aksiyanın təşkilatçısının kim olduğu barədə məlumat verilmir.
"Business Insider" qeyd edib ki, aksiyanın təşkili zamanı 46 mərtəbəli göydələnin qarşısında hərbi formalı şəxslər olub. Onlar qırmızı beysbolka geyib və oradakı şəxslərdən birinin əlində Rusiya bayrağı olub.
Foto
Foto
Son xəbərlər
06:52
Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
Digər ölkələr
06:24
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Digər ölkələr
06:14
Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
Fərdi
05:41
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
Digər ölkələr
05:28
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Fərdi
05:16
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Fərdi
04:31
Foto
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr