Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 11 minə çatır

Digər ölkələr
  • 14 aprel, 2020
  • 16:55
Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 11 minə çatır

ABŞ-ın Nyu-York ştatında COVID-19 virusundan ölənlərin sayı 778 nəfər artaraq 10 843 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı ştatın qubernator Andrü Kuomo məlumat verib.

O, aprelin 6-dan etibarən gündəlik ölənlərin sayının 671-783 arasında dəyişdiyini söyləyib.

Bununla belə dünəndən xəstəxanalara yerləşdirilənlərin sayının 1 957 nəfərdən 1 649 nəfərədək azaldığı diqqətə çatdırılıb.

44 - Tezliklə