NYT: ABŞ-də Vaşinqton merinə qarşı istintaq başladılıb

Digər ölkələr
  • 07 noyabr, 2025
  • 06:48
NYT: ABŞ-də Vaşinqton merinə qarşı istintaq başladılıb

ABŞ Ədliyyə Nazirliyi Vaşinqton şəhərinin meri Muriel Bouzerin xarici səfəri ilə bağlı antikorrupsiya araşdırmasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.

Qurum hesab edir ki, merin xarici səfərləri Qətər tərəfindən maliyyələşdirilib. Qeyd olunub ki, istintaq bir neçə aydır davam edir.

Rüşvət ittihamı irəli sürmək üçün merin nə vaxtsa Qətərin maraqlarına uyğun hərəkət edib-etmədiyini müəyyən etmək lazımdır. Nəşr qeyd edir ki, bununla bağlı hələ heç bir sübut yoxdur.

Meriya "NYT"yə araşdırmadan xəbərsiz olduqlarını bildirib.

Bouzer demokratdır və 2015-ci ildən Vaşinqton şəhərinin meri vəzifəsində çalışır. 2023-cü ildə o, dörd əməkdaşı ilə birlikdə BMT-nin iqlim konfransında iştirak etmək üçün Dubaya səfər edib və bu səfərin ABŞ Merlər Konfransı tərəfindən ödənildiyini iddia edib.

Sonradan məlum olub ki, təşkilat BƏƏ-yə səfəri yalnız qismən maliyyələşdirib və Vaşinqton meri Dohadan Dubaya gedib. "The New York Times" Qətərin Bouzerin Dohaya səfərinə 61 min dollardan çox töhfə verdiyini iddia edir.

Son xəbərlər

Bütün Xəbər Lenti