Nürnberqdəki müəssisədə kimyəvi maddələrin sızması nəticəsində 30 nəfər zərər çəkib
- 15 may, 2026
- 21:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Nürnberqdəki (Bavariya, AFR) zavodda kimyəvi maddələrin sızması nəticəsində azı 30 nəfər zərər çəkib.
"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti Bavariya Qızıl Xaçına istinadən xəbər verir.
Məlumata görə, hadisə günorta saatlarında Nürnberqin Şafhof rayonunda Turn-i-Taksis küçəsindəki müəssisənin ərazisində baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə xidməti, təcili yardım və polis əməkdaşları gəlib. Qeyd olunur ki, nəticələrin aradan qaldırılmasına təxminən 100 xilasetmə işçisi qatılıb.
Təcili xidmətlərdə qeyd ediblər ki, 20 nəfər yüngül, daha 8 nəfər orta dərəcəli xəsarət alıb, iki nəfər ağır vəziyyətdədir. Ümumilikdə 17 zərərçəkən xəstəxanaya yerləşdirilib. Təxminən 90 nəfərə hadisə yerində tibbi və psixoloji yardım göstərilib.