Norveç Rusiyanın hava sərhədini pozmağa cəhd edib, qırıcı qaldırılıb

Digər ölkələr
  • 31 avqust, 2023
  • 11:11
Norveç Rusiyanın hava sərhədini pozmağa cəhd edib, qırıcı qaldırılıb

Norveç Hərbi Hava Qüvvələrinə məxsus “P-8A Poseidon” patrul təyyarəsi Rusiyanın hava sərhədini pozmağa cəhd edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiyanın MiQ-31 qırıcı təyyarəsi havaya qaldırılıb.

“P-8A Poseidon” patrul təyyarəsi geri qayıtmalı olub.