Nigeriyada 16 “Boko Haram” silahlısı məhv edilib
Digər ölkələr
- 19 sentyabr, 2020
- 08:44
Nigeriyanın şimal-şərqində həyata keçirilən hava əməliyyatı zamanı “Boko Haram” terror qruplaşmasının 16 silahlısı öldürülüb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Enençe məlumat verib.
Onun sözlərinə görə, Nigeriya Silahlı Qüvvələri aviasiyanın dəstəyi ilə Mayduquri ştatının Kassa Kura bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib. “Cinayətkar təşkilatın 11 üzvü, çox sayda silah-sursat ələ keçirilib, terrorçuların sığınacaqları məhv edilib”, - o deyib.
Qeyd edək ki, “Boko Haram” qruplaşması 2000-ci illərin əvvəllərindən Nigeriya, Kamerun, Çad və Nigerdə fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən çox insan bu cinayətkar təşkilatın qurbanı olub.
Son xəbərlər
19:31
"Borussiya"nın xəstəxanaya yerləşdirilmiş futbolçusu Konstantinos Karetsas məşqlərə qayıdıb
Futbol19:29
BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb
Maliyyə19:29
Kris Rayt: Dünən Fars körfəzindən 18 milyon barel neft keçib
Digər ölkələr19:27
Azərbaycan-Keniya parlamentlərarası əməkdaşlığının gələcək inkişafı müzakirə edilib
Xarici siyasət19:23
TDT-nin beynəlxalq nüfuzunun artması istiqamətində İlham Əliyevin addımları göz qabağındadır - RƏY
Xarici siyasət19:23
AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək
İKT19:09
Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə olacaq
Energetika19:07
İsrail və Livanın ABŞ-dəki səfirləri Vaşinqtonda görüşüblər
Digər ölkələr18:55