Nigeriya Prezidenti ABŞ lideri ilə xristianların qətllərinin müzakirəsinə hazırdır

Digər ölkələr
  • 02 noyabr, 2025
  • 19:29
Nigeriya Prezidenti ABŞ lideri ilə xristianların qətllərinin müzakirəsinə hazırdır

Nigeriya Prezidenti Bola Tinubu ABŞ-nin bu ölkədə "xristianların qətlləri" barədə ittihamları ilə əlaqədar olaraq yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə Tinubunun siyasi əlaqələr üzrə xüsusi müşaviri Deniel Bvala "X" sosial şəbəkəsində yazıb.

"Həm Prezident Bola Tinubu, həm də Prezident Donald Tramp üsyan və terrorçuluğun bütün formaları ilə mübarizə aparmaqda maraqlıdırlar.

Nigeriyadakı terrorçuların yalnız xristianları, yoxsa fərqli dini inanclara malik insanları hədəf alıb-almaması ilə bağlı fikir ayrılıqlarına gəldikdə, məsələ iki lider tərəfindən yaxın günlərdə (Nigeriyada) Prezident Sarayında və ya Ağ Evdə keçiriləcək görüşdə müzakirə olunmalı və həll edilməlidir", - D.Bvala qeyd edib.

Daha əvvəl Tramp bildirib ki, Pentaqona xristianları qorumaq üçün Nigeriyadakı terrorçulara qarşı potensial güc tədbirləri hazırlamağı tapşırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti