Nigerin sabiq prezidenti vəfat edib
Digər ölkələr
- 24 noyabr, 2020
- 23:32
Nigerin keçmiş prezidenti Mamadu Tandja 82 yaşında dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə RFI radiosu bildirib.
"Respublikanın prezidenti və hökuməti Niger Respublikasının sabiq prezidenti Mamadu Tandjinin noyabrın 24-də Niameedə ölümü haqqında təəssüflə bildirir", - Niger hakimiyyətinin bəyanatında deyilir.
Tandjinin ölüm səbəbi açıqlanmır. Ölkədə üçgünlük matəm elan edilib.
Mamadu Tandja 1999-cu ilin dekabrından 2010-cu ilin fevralına qədər Niger prezidenti olub. O, 2010-cu ildə hərbi devriliş nəticəsində qiyamçılar tərəfindən devrilib. Bundan dərhal sonra Mamadu həbs edilib, ancaq 2011-ci ilin mayında onu azad ediblər.
Son xəbərlər
19:34
İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir
Xarici siyasət19:29
İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
Digər19:29
Dövlət başçısı: Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır
İnfrastruktur19:27
İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı fəal dialoq qurub
Xarici siyasət19:27
Samuxda yük avtomobili çaya aşıb, ölən var
Hadisə19:27
İlham Əliyev: Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır
Xarici siyasət19:21
Video
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər
Xarici siyasət19:16
Foto
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
Xarici siyasət19:15