Niderland Ukraynaya "F-16" simulyatorları verəcək

Digər ölkələr
  • 12 fevral, 2026
  • 14:48
Niderland Ukraynaya F-16 simulyatorları verəcək

Niderland yaxın zamanda pilotların təlimi üçün Ukraynaya "F-16" qırıcılarının simulyatorlarını verəcək.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Niderland son bir neçə həftə ərzində yüz milyonlarla avroluq dron və döyüş sursatları verib. Bu gün elan edə bilərəm ki, biz "F-16" simulyatorları verəcəyik, çünki Ukraynaya bu təyyarələrin istismarında kömək etməyə davam edirik", - o qedib.

Nazirin sözlərinə görə, son bir neçə il ərzində mövcud olan dəstək səviyyəsi uzunmüddətli perspektivdə saxlanılacaq.

"Bu, yeni hökumətin büdcəsində də nəzərdə tutulacaq. Buna görə də müttəfiqlərimizi və tərəfdaşlarımızı əmin edə bilərik ki, Ukraynaya yalnız bu gün və sabah deyil, uzunmüddətli perspektivdə də dəstək veririk", - Brekelmans əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti