Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
Digər ölkələr
- 08 iyul, 2025
- 06:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.
"Report"un məlumatına görə, İsrailin Nazirlər Kabinetinin rəhbəri bunu Ağ Evdə Amerika lideri ilə görüşdə deyib.
"Mən sizə Nobel Komitəsinə göndərdiyim məktubu vermək istəyirəm. O, sizi sülh mükafatına namizəd göstərir. Siz buna layiqsiniz və onu almalısınız", - Netanyahu deyib.
O əlavə edib ki, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.
Son xəbərlər
19:20
Media və Yayım Şurasının açıqlama yayıb
Digər
19:19
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
Xarici siyasət
19:00
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Fərdi
18:55
Botir Qudratxocayev Özbəkistanın müdafiə naziri təyin edilib
Region
18:42
Foto
Bakı Olimpiya Stadionunda "Sabah"ın "Slaviya" ilə oyunöncəsi açıq məşqi baş tutub
Futbol
18:39
Foto
"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Hərbi
18:38
Yuri Qusev: 700-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib
Xarici siyasət
18:35
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Xarici siyasət
18:34
Tramp: Aİ enerji resursları üçün Rusiyaya 250 milyard dollar ödəyib
Digər ölkələr