Netanyahu: Qəzzada əməliyyatlar məqsədimizə çatanadək davam edəcək
Digər ölkələr
- 18 yanvar, 2024
- 01:41
İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant Qəzza zolağında hərbi əməliyyatların davam edəcəyini bildiriblər.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Netanyahu İsrailin cənubundakı “Nevatim” Hərbi Hava Bazasına baş çəkib. Baş nazir bildirib ki, Qəzzada əməliyyatlar məqsədə çatana qədər davam edəcək.
"Heç kim bizi yanlış mühakimə etməməlidir. Qələbəyə qədər havadan, qurudan və dənizdən döyüşməyə davam edəcəyik", - İsrailin hökumət başçısı deyib.
Müdafiə naziri Qalant da Qəzzada əməliyyatların davam etdiriləcəyini bildirib.
"Qəzzada girovlar olduğu müddətdə müharibəni bitirə bilmərik. Girovları geri qaytarmağın yolu hərbi təzyiqdir", - Qalant hərbi hissəyə səfəri zamanı vurğulayıb.
Son xəbərlər
13:15
AXA: Azərbaycanda yerli toxum təminatı 2030-cu ilə qədər 100 %-ə çatdırılacaq
ASK13:15
"Embafinans" BOKT-un istiqrazlarına 51 investor maraq göstərib
Maliyyə13:14
Mirziyoyev "ŞƏT plyus" formatını regionlararası dialoq meydançası kimi inkişaf etdirməyi təklif edib
Xarici siyasət13:13
ABB-nin səhmləri üzrə təkrar bazarda yeni marketmeyker müəyyənləşib
Maliyyə13:12
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçib
Maliyyə13:12
Mark Qiu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub
Futbol13:11
Balıqçılıq və Akvakultura Mərkəzi: Xəzərdə ov zonası 25 dəniz milinə qədərdir
ASK13:11
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Xarici siyasət13:09