Netanyahu özünü çox yaxşı hiss etdiyini bildirib
Digər ölkələr
- 15 iyul, 2023
- 17:03
İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü həkimlərə köməklərinə görə təşəkkür edib və susuzluqdan əziyyət çəkdikdən sonra özünü çox yaxşı hiss etdiyini bildirib.
“Report”un xəbərinə görə, Baş nazirin Şeba Tibb Mərkəzində qeydə alınan müvafiq videomüraciəti “Kan” radiosu və “Ynet” portalı tərəfindən dərc edilib.
“İndi özümü çox yaxşı hiss edirəm. Dünən mən Təbəriyyə gölündə günəş altında, baş geyimi olmadan və kifayət qədər susuz bir az vaxt keçirdim. Bu pis fikir idi”, - deyə o qeyd edib.
Netanyahu israilliləri istilərə görə günəşdə daha az vaxt keçirməyə və daha çox su içməyə çağırıb.
Qeyd edək ki, özünü pis hissə edən İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əviv yaxınlığındakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib.
Son xəbərlər
03:28
Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib
Digər ölkələr03:06
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
Digər ölkələr02:36
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
Digər ölkələr02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27