Netanyahu: İsrail yaxın gələcəkdə Qəzzada təhlükəsizlik perimetrini tərk etməyəcək

Digər ölkələr
  • 30 sentyabr, 2025
  • 00:25
Netanyahu: İsrail yaxın gələcəkdə Qəzzada təhlükəsizlik perimetrini tərk etməyəcək

İsrail yaxın gələcəkdə Qəzza zolağında təhlükəsizlik perimetri daxilində qalacaq.

"Report"un "Sky News"a istinadən məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında Birləşmiş Ştatların Qəzza ilə bağlı sülh planını şərh edərkən deyib.

"Əgər HƏMAS sizin planınızla razılaşarsa (Trampa müraciət edir - red.), ilk addım qoşunların qismən çıxarılması, ardınca isə 72 saat ərzində bütün girovlarımızın azad edilməsi olacaq. Növbəti addım HƏMAS-ın tam tərksilahına və Qəzzanın demilitarizasiyasına cavabdeh olan beynəlxalq qurumun yaradılması olacaq", - Netanyahu Qəzza planını şərh edib.

O, izah edib ki, İsrail qoşunlarının bundan sonra və tam çıxarılması anklavın "silahsızlaşdırılması (HƏMAS- red.) və demilitarizasiya dərəcəsindən" asılı olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti