Nepalda etirazçılar Prezident ofisini yandırıblar

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 15:59
Nepalda etirazçılar Prezident ofisini yandırıblar

Nepalda etirazçılar Şital-Nivasda prezident ofisini yandırdılar.

Bu barədə "Report" "Thehimalayantimes"a istinadən xəbər verir.

Baş Prokurorluq, Federal Parlament, Ali Məhkəmə, Xüsusi Məhkəmə, dairə məhkəmələri, həmçinin yüksək siyasi liderlərin ev və ofislərində yanğınlar və vandalizm aktları barədə məlumat verilir.

Davam edən nümayişlər fonunda ölkə hökumətinin nümayəndələri vətəndaşları təmkinli olmağa çağırıblar. "Baş nazir K.P.Şarma Olinin istefası qəbul edilib, biz bütün vətəndaşları sakitliyi qorumağa, təmkinli olmağa çağırırıq", - hökumət üzvlərinin müraciətində deyilir.

Qeyd edək ki, Katmandudakı Federal Parlament binası və digər obyektlər qarşısında iki gün ərzində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə 22 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.

Katmandu vadisində komendant saatının tətbiq edilməsinə və təhlükəsizlik qüvvələrinin gücləndirilməsinə baxmayaraq etirazlar davam edir.