​Nazarbayev BMT baş qərargahının Asiyaya köçürülməsini təklif edib

Digər ölkələr
  • 28 sentyabr, 2015
  • 21:16
​Nazarbayev BMT baş qərargahının Asiyaya köçürülməsini təklif edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ XXI əsrdə dünya keyfiyyətcə yeni beynəlxalq maliyyə və hüquq alətlərinə ehtiyac duyur.

"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında çıxışı zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

Onun sözlərinə görə, quruma üzv dövlətlər ötən gün qəbul edilən Davamlı inkişaf məqsədlərinə uyğun ola biləcək beynəlxalq valyutanın yaradılması üzrə səylərini birləşdirməlidirlər.

Qazaxıstan prezidenti, həmçinin Asiya dövlətlərinin qlobal proseslərdə artan rolunu da qeyd edib. O, bununla əlaqədar olaraq BMT baş qərargahının Asiya ölkələrindən birinə köçürülməsini təklif edib.

44 - Tezliklə