NATO ölkələri 2027-ci ildə Ukraynaya yardımın müddətini razılaşdıra bilməyiblər
- 01 iyul, 2026
- 02:11
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya Türkiyədə keçiriləcək ittifaq sammitindən əvvəl NATO-nun 2027-ci ildə Ukraynaya hərbi yardımla bağlı uzunmüddətli öhdəliklər barədə razılığa gəlməsinə mane olub.
"Report"un məlumatına görə, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti diplomatik mənbəyə istinadən xəbər verib.
Çərşənbə axşamı NATO dövlətlərinin nümayəndələri 7-8 iyulda keçiriləcək sammitin yekun bəyannaməsinin layihəsini müzakirə etmək üçün Brüsseldə görüşüblər. Alyans ölkələri 2026-cı ildə Kiyevə 70 milyard avro hərbi dəstək ayırmaq barədə razılığa gələ biliblər, lakin fikir ayrılıqları onların 2027-ci il üçün oxşar öhdəliklər barədə razılığa gəlməsinə mane olub.
Nəşr qeyd edir ki, sənəd layihəsində müttəfiqlərin gələn il Ukraynaya oxşar səviyyədə hərbi yardım göstərmək öhdəliyini təsdiqləyən bəndin daxil olunması nəzərdə tutulub, İtaliya təklifi rədd edib.