NATO Əfqanıstanın Kunduz əyalətini bombardıman edib, 30 dinc sakin ölüb
Digər ölkələr
- 03 noyabr, 2016
- 18:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 noyabr. REPORT.AZ/ NATO qüvvələrinin Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətinə endirdiyi hava zərbələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 30 dinc sakin həyatını itirib.
"Report" BBC-yə istinadən xəbər verir ki, aviazərbələr Kunduzun mərkəzində əməliyyat aparan əfqan və amerikalı hərbçiləri "Taliban" hərəkatı yaraqlılarının mühasirəsindən xilas etmək məqsədi ilə endirilib.
Bundan bir qədər əvvəl isə taliblərlə toqquşma nəticəsində iki ABŞ hərbçisi ölüb.
Əfqanıstan hökuməti dinc sakinlərin zərbə altına düşməsinə səbəb kimi terrorçuların onların evlərindən sığınacaq kimi istifadə etmələrini göstərir. Yerli sakinlər aviazərbədən sonra etiraz aksiyası keçiriblər.
Son xəbərlər
13:32
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 57 %-dən çox artıb
İKT
13:25
Video
AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Xarici siyasət
13:24
"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
İnfrastruktur
13:18
Foto
Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub
Turizm
13:17
Səfir: Hindistan Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməyə hazırdır
Xarici siyasət
13:17
"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
Futbol
13:16
Foto
Anar Bağırov yeni hakim təyin olunmuş 8 vəkili təltif edib
Daxili siyasət
13:09
Əraqçi: Ermənistanın İranın təhlükəsizliyinə qarşı heç bir addım atmayacağına əminik
Region
13:07
Foto
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
İKT