Moskvada Sergey Lavrov və Reks Tillerson arasında görüş keçirilib
- 12 aprel, 2017
- 09:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 aprel. REPORT.AZ/ Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.
"Report" xəbər verir ki, tərəflər əvvəlcə mətbuata qapalı görüş keçiriblər.
Ardından xarici siyasət qurumlarının rəhbərləri geniş tərkibdə görüş keçirib. Görüşdə S.Lavrov R.Tillersonun səfərinin Suriya məsələsində əməkdaşlıq və antiterror cəbhəsi yaradılması baxımından uğurlu vaxta təsadüf etdiyini vurğulayıb. O, Moskva üçün ABŞ-ın gələcəkdə Suriyaya zərbələr endirməməsinin prinsipial vacib olduğunu diqqətə çatdırıb.
Öz növbəsində R.Tillerson S.Lavrov ilə əvvəlki görüşləri və onunla apardıqları telefon danışıqlarını xatırladaraq rabitə kanallarını açıq saxlamağın vacibliyini bildirib.
Qeyd edək ki, bu, R.Tillersonun Moskvaya ilk səfəridir.