Misirdə qaz kəmərində partlayış olub, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 30 aprel, 2025
  • 23:08
Misirdə qaz kəmərində partlayış olub, ölənlər və yaralananlar var

Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli "Youm7" portalı məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb.

İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.