Misirdə partlayış nəticəsində 40 ev yanıb

Digər ölkələr
  • 10 oktyabr, 2016
  • 23:35
Misirdə partlayış nəticəsində 40 ev yanıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Misirin cənubunda məişət qaz balonunun partlamsı nəticəsində azı 17 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 40 ev yanıb.

İnformasiyaya görə, partlayış evlərdən birində məişət qaz balonunun nasazlığı səbəbindən baş verib. Bunu ardınca yanğın olub. Xəbərə əsasən, yanğın bir evdən o birinə keçərək, yayılıb.

Məlumatda bildirilib ki, yanğınsöndürənlər alovun qarşısını bir neçə saata ala biliblər.