​Misirdə naməlum şəxslər hərbi bazaya hücum edib, 5 əsgər ölüb, 10-u yaralanıb

Digər ölkələr
  • 17 mart, 2016
  • 10:21
​Misirdə naməlum şəxslər hərbi bazaya hücum edib, 5 əsgər ölüb, 10-u yaralanıb

Bakı. 17 mart. REPORT.AZ/ Misirin şimalında Sinay yarımadasında, Rafah hərbi bazasına naməlum şəxslərin hücumu nəticəsində 5 yeni çağırışçı əsgər həyatını itirib, 10 hərbçi yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Misir təhlükəsizlik qüvvələri məlumat yayıb.

İnformasiyaya əsasən, hücum edənlərin tutulması məqsədi ilə hərbçilər reyd keçirir. Rafaha qonşu Əl-Ariş və Şeyx Zuveyd yaşayış məntəqələrində güc strukturları təhlükəsizlik tədbirlərini gücləndirib.

44 filmi