Misir hərbçiləri Sinayda 5 terrorçunu məhv edib

Digər ölkələr
  • 12 fevral, 2017
  • 17:21
Misir hərbçiləri Sinayda 5 terrorçunu məhv edib

Bakı. 12 fevral. REPORT.AZ/ Misir hərbçiləri Sinayda terror qruplaşmasının 5 üzvünü məhv edib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Məlumatda bildirilir ki, terrorçular yarımadanın şimalında, gizli sığınacaqda zərərsizləşdiriliblər. Bununla yanaşı, əməliyyat zamanı daha 3 terrorçu yaralanıb. Zərəsizləşdirilənlərin hansı terror qüruplaşmasının üzvləri olduqları açıqlanmır.

Qeyd edək ki, Misirin Sinay yarımdadasının şimalında antiterror əməliyyatları 2 ildən çoxdur davam edir. Çətin keçilən həmin ərazilərdə ekstremist qruplaşmaların üzvləri fəaliyyət göstərirlər.