Mexikodakı partlayışda xəsarət alanların sayı 70-ə çatıb, 3 nəfər ölüb - YENİLƏNİB
- 11 sentyabr, 2025
- 05:58

Meksikanın paytaxtında qaz daşıyan avtosisternin partlaması nəticəsində xəsarət alanların sayı 70-ə çatıb, üç nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Mexiko şəhərinin meri Klara Bruqada "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Hazırda 70 nəfər xəsarət alıb, təəssüf ki, üç nəfərin öldüyü təsdiqlənib", – paylaşımda qeyd olunur.
Informo que, hasta el momento, tenemos registro de 70 personas lesionadas y tres lamentables fallecimientos.
— Clara Brugada Molina (@ClaraBrugadaM) September 11, 2025
Compartimos el listado oficial y preliminar de las personas hospitalizadas.
Reiteramos que este listado puede irse actualizando, de acuerdo con las necesidades médicas… pic.twitter.com/1xBe8yYjSj
Meksikanın paytaxtında qaz daşıyan avtosisternin partlaması nəticəsində azı 57 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Mexiko şəhərinin meri Klara Bruqada "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"49,3 min litr həcmində olan qaz avtosisterni ilkin versiyaya görə aşıb. Hadisənin dəqiq səbəblərini prokurorluq müəyyən edəcək. Aşmadan sonra bir neçə partlayış baş verib. Nəticədə 57 nəfər xəsarət alıb, onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər", – deyə o bildirib.
O əlavə edib ki, 18 avtomobilə də ziyan dəyib.
"On doqquz yaralının vəziyyəti ağırdır. Onların təxliyəsi üçün helikopterlər, təcili yardım maşınları və bütün fövqəladə xidmət qüvvələri hadisə yerinə cəlb olunub", – mer əlavə edib.