Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
Digər ölkələr
- 09 sentyabr, 2026
- 17:40
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla bu günə planlaşdırılmış telefon danışığını ləğv edib.
"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, qərar Trampın regional seçkilərdə ultra sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının uğurunu açıq şəkildə alqışlamasından bir neçə saat sonra qəbul edilib.
Mertsin nümayəndəsi telefon danışığının ləğv səbəbini açıqlamaqdan imtina etsə də, bunun kanslerin iş qrafikindəki dəyişikliklərlə bağlı olmadığını vurğulayıb.
AFP-nin məlumatına görə, Mertsin mətbuat katibi də Trampın bəyanatlarını birbaşa şərh etməyib və danışığın ləğvi ilə ABŞ Prezidentinin açıqlamaları arasında mümkün əlaqənin olub-olmaması barədə suala cavab verməkdən imtina edib.
Son xəbərlər
21:01
Ankarada içi tütünlə doldurulmuş 2 milyon 160 min siqaret gilizi ələ keçirilib
Region20:43
Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqlayıb
Xarici siyasət20:40
"Fənərbağça" futbolçusu Rodriqo Bekanı Rusiya klubuna icarəyə verib
Futbol20:36
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
Energetika20:29
EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
Energetika20:24
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
Energetika20:19
Rəhman Mustafayev Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi barədə danışıb
Xarici siyasət20:18
Antiinhisar Agentliyi 7 ayda reklam qanunvericiliyinin pozulması ilə bağlı 29 protokol tərtib edib
Biznes20:13