Merkel: "Türkiyənin Aİ-yə üzv olmasına qarşıyam"

Digər ölkələr
  • 07 oktyabr, 2015
  • 22:44
Merkel: Türkiyənin Aİ-yə üzv olmasına qarşıyam

Bakı. 8 oktyabr. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olmasının əleyhinə olduğunu bir daha bəyan edib.

Almaniyanın ARD telekanalındakı verilişlərin birinə qonaq qismində qatılan Merkel, Ankaranı Aİ-də görmək istəmədiyini vurğulayıb: "Bunu daha əvvəl də demişəm. İndi də təkrarlayıram".

Kansler onu da qeyd edib ki, mühacir probleminin həlli üçün Avropa Türkiyə ilə dialoqu davam etdirməlidir. “Təbii olaraq biz bir-birimizə lazımıq”, - deyə Merkel əlavə edib.