Mərakeş hərbçiləri Aralıq dənizində miqrant gəmisinə atəş açıblar

Digər ölkələr
  • 25 sentyabr, 2018
  • 21:16
Mərakeş hərbçiləri Aralıq dənizində miqrant gəmisinə atəş açıblar

Bakı. 26 sentyabr. REPORT.AZ/ Mərakeşin Kral Dəniz Donanmasının (KDD) Aralıq dənizində keşik çəkən döyüş bölmələri çərşənbə axşamı qeyri-leqal miqrantların olduğu sürətlə üzən gəmiyə atəş açıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı kommünikedə deyilir.

"KDD qüvvələri İspaniya vətəndaşının Mərakeş sularında idarə etdiyi sürətlə üzən gəmiyə atəş açmaq məcburiyyətində qalıblar", - deyə bəyanatda qeyd olunur.

DİN-in məlumatına görə, atəş gəminin xəbərdarlıq işarəsinə məhəl qoymamasından sonra açılıb.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli odlu silah yaraları alıb. Bəzi məlumatlara görə, 1 qadın miqrant ölüb. Yaralılar Mdik-Fnidek prefekturasının əyalət xəstəxanasına yerləşdiriliblər.

Bildirilir ki, saxlanılan gəmidə qeyri-leqal miqrantlar olub. Gəmini idarə edən İspaniya vətəndaşı saxlanılıb.