Meksikada koronavirusa yoluxanların sayı 146 mini ötdü
- 15 iyun, 2020
- 02:49
Meksikada koronavirusdan ölənlərin sayı 17 141 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.
O, qeyd edib ki, infeksiyaya yoluxma hallarının sayı 146 mini ötüb.
"COVID-19-a yoluxma hallarının birgünlük artımı 4 183 təşkil etdi. Bu, ümumi sayın 2,9%-idir, bir gün əvvəl həmin rəqəm 2,5% idi", - nazir müavini mətbuat konfransında deyib.
Meksikada epidemiyanın başlanğıcından COVID-19-a yoluxma hallarının ümumi sayı 146 873-ə çatıb. Virusa yoluxmuş 17 141 nəfər ölüb.
Nazir müavininin sözlərinə görə, ötən gün ərzində 693 insan virusdan ölüb. Hazırda 22 398 xəstənin müalicəsi davam edir. Virusa yoluxma ilə bağlı ən böyük say Mexiko şəhərindədir. Burada infeksiyaya 4 566 yoluxma qeydə alınıb. Mexiko ştatında 2 703 koronavirus xəstəsi aşkarlanıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.