Meksikada daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 22:00
Meksikada daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB

Meksikanın mərkəzi və cənubunu vuran güclü yağış, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, İdalqo ştatında 22, Pueblada doqquz, Verakruzda beş, Keretaro ştatında isə bir nəfər ölüb.

Qeyd olunur ki, ölkənin beş ştatının 117 bələdiyyəsində əhaliyə yardım tədbirləri gücləndirilir.

Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, təbii fəlakətin aradan qaldırılmasında beş mindən çox hərbçi və xilasedicilər iştirak edir.

Meksikanın mərkəzi və sahillərini vuran daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti zərərçəkmiş ştatların rəsmilərinə istinadən məlumat yayıb.

Ən çox ölənlərin sayı 18 nəfərlə Hidalqo ştatında qeydə alınıb. Pueblada daha doqquz, Verakruzda üç, Queretaroda bir nəfər ölüb.

Təbii fəlakət, həmçinin Posa-Rika şəhərində suyun səviyyəsinin yerlərdə üç metri keçdiyi daşqın da daxil olmaqla, geniş dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti