Meksika Prezidenti qanunsuz miqrant axınına imkan verməyəcəklərini bəyan edib - VİDEO

Digər ölkələr
  • 20 oktyabr, 2018
  • 13:14
Meksika Prezidenti qanunsuz miqrant axınına imkan verməyəcəklərini bəyan edib - VİDEO
РИА Новости / Дмитрий Знаменский

Bakı.20 oktyabr. REPORT.AZ/ "Meksika qanunsuz miqrant axınına imkanverməyəcək" 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Enrike Penya Nyeto "Twitter" hesabında paylaşdığı videomüraciətində bildirib.

Onun sözlərinə görə, yalnız viza və lazımi sənədləri olan miqrantların sərhəddən keçməsinəimkan veriləcək: "Təcavüzkar hərəkətlər həm ölkənin suverenliyini zərbə altındaqoyur, həm də miqrantların özləri, xüsusilə də uşaq, qadın və yaşlılar üçün təhlükəyaradır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp miqrant axınının qarşısını almayacağı təqdirdə, Meksika ilə sərhədə qoşun yeridəcəyini açıqlayıb.