MDB liderlərinin sammitində hərbi əməkdaşlıq, terrorizmə qarşı mübarizə müzakirə olunacaq

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 16:29
MDB liderlərinin sammitində hərbi əməkdaşlıq, terrorizmə qarşı mübarizə müzakirə olunacaq

Oktyabrda Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasının əsas mövzuları hərbi əməkdaşlıq və enerji təhlükəsizliyi olacaq.

"Report"un "Belta"ya istinadən verdiyi məlumata görə, bunu MDB-nin baş katibinin birinci müavini İqor Petrişenko bildirib.

"MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının iclasları oktyabrın 9 və 10-da Düşənbədə (Tacikistan) keçiriləcək", - İ.Petrişenko qeyd edib.

İclaslar zamanı iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərinin, o cümlədən hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Enerji təhlükəsizliyi, terrorizmə və ekstremizmə qarşı mübarizəyə xüsusi diqqət yetiriləcək.

Bundan əlavə, sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) MDB-də ona müşahidəçi statusu verilməsi ilə bağlı müraciətinə baxılması planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti