Mayk Pens: "Venesuela ilə bağlı bütün variantlar masa üzərindədir"
Digər ölkələr
- 21 may, 2019
- 03:18
ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, rəsmi Vaşinqton Venesuelada bütün hərəkət variantlarına baxır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Pensin sözlərinə görə, Amerika lideri Donald Tramp Venesuelanın müxalif Milli Məclisinin rəhbəri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyan 50-dən çox dövlətdən ibarət koalisiyaya başçılıq edib.
O, bildirib ki, ABŞ Venesuelaya, həmçinin onun "Kubadakı himayəçilərinə" iqtisadi və diplomatik sahələrdə təzyiq göstərməkdə davam edəcək.
"Prezident Tramp açıq anladıb: bütün variantlar masa üzərindədir", - deyə Pens bildirib.
Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela ərazisində hərbi əməliyyat keçirmək istəməzdi.
Son xəbərlər
03:37
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
Region03:09
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
İKT02:40
Bəqai: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib
Region02:14
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: Böyük oyunlarda ən kiçik səhvə də yer yoxdur
Futbol02:10
ABŞ "İran elitasının maliyyəçisi"nə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr01:42
Luis de la Fuente: Fransanı məğlub etmək gücündə olduğumuza inanırıq
Futbol01:37
Qaxda vətəndaş qəbulu keçirilib
Daxili siyasət01:31
Lamin Yamal İspaniya - Belçika matçının ən yaxşısı seçilib
Futbol01:28