Tramp Ukraynada sülh üçün bütün variantları nəzərdən keçirməyə hazırdır

Digər ölkələr
  • 15 may, 2025
  • 10:44
Tramp Ukraynada sülh üçün bütün variantları nəzərdən keçirməyə hazırdır
Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin həllinə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır.

“Report”un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Türkiyədə NATO-nun baş katibi Mark Ryutte ilə birgə mətbuat konfransında bildirib.

"ABŞ Prezidentinin mövqeyi son dərəcə aydındır - o, hər şeyin başa çatmasını istəyir və Ukraynada sülhə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır. Biz irəliləyiş görmək istəyirik. Hansı mexanizmin ortaya çıxmasından və ya hansı prosesin baş verməsindən asılı olmayaraq, biz münaqişəyə son qoymaq üçün konstruktiv dialoqa açığıq", - M.Rubio bildirib.