Marko Curiç: Mərkəzi Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü ola bilərik

Digər ölkələr
  • 08 may, 2026
  • 01:58
Marko Curiç: Mərkəzi Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü ola bilərik

Belqrad və Daşkənd Mərkəzi Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü və üçüncü bazarlara çıxış üçün əlaqələndirici rol oynaya bilər.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Özbəkistanda səfərdə olan Serbiyanın xarici işlər naziri Marko Curiç investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşü zamanı bildirib.

Nazir vurğulayıb ki, Serbiya konkret layihə və təşəbbüslər vasitəsilə əməkdaşlığın inkişaf etdirilməsinə sadiqdir.

M. Curiç iki ölkə arasında biznes əlaqələrinin gücləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib və Özbəkistan şirkətlərini Serbiyaya investisiya yatırmağa dəvət edib.

Görüşdə həmçinin Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətə başlaması ilə bağlı növbəti addımlar, eləcə də iki ölkə arasında Azad Ticarət Sazişinin razılaşdırılması üzrə danışıqların başlanması müzakirə olunub.