Malinin devrilmiş prezidenti BƏƏ-yə müalicəyə getdi
Digər ölkələr
- 06 sentyabr, 2020
- 00:44
Malinin keçmiş prezidenti İbrahim Bubakar Keyta Əbu-Dabiyə müalicəyə yola düşüb.
“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi bildirib.
Məlumata görə, səfər 10-15 gün davam edəcək.
Daha əvvəl “News-24” xəbərlər portalı bildirib ki, Malinin keçmiş prezidenti xəstəxanadan evə buraxılıb. O, tibb müəssisəsinə sentyabrın 1-də insultla əlaqədar yerləşdirilmişdi.
“Malijet” informasiya portalı isə bildirib ki, Keyta bir qədər əvvəl BƏƏ-nin kardioloji xəstəxanasında əməliyyat edilib. O, avqustda müayinə üçün xəstəxanaya baş çəkməli idi, ancaq Malidə baş vermiş qiyam səbəbindən BƏƏ-yə gedə bilməyib.
Son xəbərlər
19:36
"Sumqayıt" Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb
Futbol19:31
Türkiyədə 12 qanunsuz miqrant saxlanılıb
Region19:24
Oman sahillərindəki neft ləkəsi ölkənin materik hissəsinə yayılıb
Digər ölkələr19:15
Gürcüstan-Rusiya sərhədində siqnalizasiya sistemi işə düşüb
Region18:57
UEFA Konfrans Liqası: "Qarabağ" və "Dinamo"nun start heyətləri açıqlanıb
Futbol18:51
Foto
Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib - YENİLƏNİB
Hadisə18:43
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib
Hadisə18:43
Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
Region18:33