Makron sabiq baş naziri 10 il müddətinə "Fəxri Legion" ordeninin kavaleri adından məhrum edib
- 20 avqust, 2026
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın sabiq baş naziri Fransua Fiyon həyat yoldaşı Penelopanın saxta iş yerləri ilə bağlı iş üzrə ona qarşı ittiham hökmünün çıxarılmasından sonra 10 il müddətinə "Fəxri Legion" ordeninin kavaleri adından məhrum edilib.
"Report" BFMTV telekanalına istinadən xəbər verir ki, müvafiq fərmanı Fransa Prezidenti Emmanuel Makron imzalayıb.
"Fransa prezidentinin fərmanı ilə 4 mart 1954-cü ildə Le-Manda (Sart departamenti) anadan olmuş Fransua Fiyon on il müddətinə Fəxri Legion ordeninin böyük zabiti adı ilə bağlı hüquq və imtiyazlarından məhrum edilir", - "Rəsmi bülleten"də dərc olunan fərmanda deyilir.
2025-ci ilin iyununda Paris Apellyasiya Məhkəməsi Fiyonu həyat yoldaşı Penelopanın parlamentdə fiktiv işinə görə dörd il şərti həbs cəzasına məhkum edib.
Bu günlərdə Fransanın sabiq prezidenti Nikolya Sarkozi də ali dövlət mükafatından - "Fəxri Legion" ordenindən, eləcə də "Xidmət" ordenindən məhrum edilib.