Makron Konqo ilə "M23" arasında əldə olunan sazişi alqışlayıb

Digər ölkələr
  • 15 noyabr, 2025
  • 21:18
Makron Konqo ilə M23 arasında əldə olunan sazişi alqışlayıb

Fransa Prezidenti Emmanuel Makron Konqo Demokratik Respublikası ilə üsyançı Konqo Çay Alyansı ("M23" hərəkatını da əhatə edir) arasında Qətərin paytaxtı Dohada imzalanmış çərçivə sazişini alqışlayıb.

"Report" xəbər verir ki, Makron bunu "X" sosial şəbəkəsində yazıb.

"Dohada Konqo DR və "M23 arasında imzalanmış sazişi alqışlayıram. Bu qədər əzabdan sonra bu, sülhə doğru əsl addım və hamı üçün ümid işığıdır. Bütün tərəflərə konstruktiv yanaşmalarına, Qətərə isə həlledici roluna görə təşəkkür edirəm. Fransa hər zaman sülh naminə çalışacaq", – paylaşımda qeyd olunub.

Noyabrın 15-də Dohada Konqo Demokratik Respublikası və Konqo Çay Alyansının nümayəndələri sülh müqaviləsinə dair çərçivə sazişi imzalayıblar. Sənəd Konqonun şərqində minlərlə insanın həyatını itirməsinə və yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olan silahlı toqquşmaların dayandırılmasına yönəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti