Makron III Çarlzın fransız dili ilə bağlı zarafatına cavab verib
- 02 may, 2026
- 01:18
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya kralı III Çarlzın ABŞ-yə dövlət səfəri zamanı verdiyi yumoristik açıqlamaya münasibət bildirib.
"Report"un məlumatına görə, Makron Britaniya monarxının çıxışının videosunu "X"də paylaşıb və qısaca olaraq "Bu, fantastik olardı!" yazıb.
Bu, III Çarlzın ABŞ Prezidenti Donald Trampa dediyi sözlərə aiddir. Britaniya kralı istehzalı şəkildə Amerika liderinə əvvəlki açıqlamasını xatırladıb. Bu açıqlamaya əsasən, ABŞ olmasaydı, Avropa ölkələri alman dilində danışacaqdılar.
"Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, siz fransızca danışardınız", - III Çarlz zarafatla deyib.
Xatırladaq ki, Böyük Britaniya Kralının ABŞ-a dövlət səfəri 27-30 aprel tarixlərində baş tutub. Səfər zamanı III Çarlz Konqresdə çıxış edib və Ağ Evdə Donald Tramp tərəfindən qəbul edilib.