Makron: Hərbi Dəniz Qüvvələrimiz sanksiyaları pozan Rusiya tankerini saxlayıb

Digər ölkələr
  • 01 iyun, 2026
  • 09:30
Makron: Hərbi Dəniz Qüvvələrimiz sanksiyaları pozan Rusiya tankerini saxlayıb

Sanksiyaları yan keçərək Rusiyadan gələn tankerin saxlanması əməliyyatı Atlantik okeanında Böyük Britaniya daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə keçirilib.

"Report"un məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Fransa Hərbi Dəniz Qüvvələri ötən gün səhər beynəlxalq sanksiyalar altında olan və Rusiyadan gələn yeni tankeri ("Taqor") saxlayıb. Bizim qətiyyətimiz daimi və tamdır. Gəmilərin beynəlxalq sanksiyaları yan keçməsi, dəniz hüququnu pozması və Rusiyanın artıq 4 ildən çoxdur Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməsi yolverilməzdir. Dəniz naviqasiyasının ən elementar qaydalarına belə riayət etməyən bu gəmilər eyni zamanda ətraf mühit və hər kəsin təhlükəsizliyi üçün təhdid təşkil edir", - o qeyd edib.

44 filmi