Makqreqor-Nurməhəmməd döyüşünün biletləri 3 dəqiqəyə satılıb

Digər ölkələr
  • 18 avqust, 2018
  • 02:20
Makqreqor-Nurməhəmməd döyüşünün biletləri 3 dəqiqəyə satılıb

Bakı. 18 avqust. REPORT.AZ/ İrlandiyalı Konnor Makqreqor və rusiyalı Həbib Nurməhəmməd arasında "UFC229" turniri çərçivəsində baş tutacaq döyüşün biletləri 3 dəqiqə ərzində satılıb.

“Report” xəbər verir ki, bu barədə "Dublin Live" nəşri yazıb.

Biletlərin qiyməti 205-2505 dollar təşkil edib.

Döyüş oktyabrın 6-da Las-Veqasda (ABŞ) keçiriləcək. Turnirin keçiriləcəyi arena 20 min nəfərlik yer tutumuna malikdir.

44 - Tezliklə