Macarıstanda 19 avtomobil yanıb, onlarla insan xəsarət alıb
Digər ölkələr
- 12 mart, 2023
- 11:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstanda 40-a yaxın avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə martın 11-də Budapeştdən 25 kilometr qərbdə, M1 şossesində baş verib.
Qəza nəticəsində 19 avtomobil yanıb, 36 nəfər xəsarət alıb. 13 nəfər ciddi xəsarətlərlə, bir nəfərin vəziyyəti ağır olmaqla xəstəxanaya yerləşdiriliblər. Macarıstan avtomagistral operator şirkətinin məlumatına görə, qəzaya səbəb toz fırtınasından görmə qabiliyyətinin zəifləməsi ola bilər.
Hadisə yerinə 4 xilasedici helikopter, həmçinin yaxınlıqdakı şəhərlərdən yanğınsöndürmə və xilasetmə qrupları gəlib. Günün qalan hissəsində M1-də hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.
В Венгрии 19 автомобилей загорелись в массовом ДТП, пострадали 36 человек
More than 40 vehicles involved in highway pileup in Hungary
Son xəbərlər
05:25
ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər
Digər ölkələr
04:54
Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər
Futbol
04:15
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
Digər ölkələr
03:41
Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
Digər ölkələr
03:23
UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib
Digər ölkələr
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region
02:26
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
Digər ölkələr
01:57
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
Digər ölkələr
01:53
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr