Maas: NATO ölkələrinin XİN rəhbərləri Vaşinqtonda Türkiyənin Rusiyadan S-400 almasını müzakirə edəcəklər

Digər ölkələr
  • 02 aprel, 2019
  • 20:50
Maas: NATO ölkələrinin XİN rəhbərləri Vaşinqtonda Türkiyənin Rusiyadan S-400 almasını müzakirə edəcəklər

Aprelin 3-4-də Vaşinqtonda baş tutacaq NATO ölkələri XİN rəhbərlərinin görüşündə Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərinin alınması ilə bağlı müzakirələr aparılacaq. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Almaniyanın xarici işlər naziri Hayko Maas mətbuat konfransında deyib.

"Vaşinqtonda keçiriləcək görüşdə bu mövzunu müzakirə edəcəyik", - deyə nazir sualları cavablandırarkən bildirib.

Qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə mətbuat konfransında ölkəsinin Türkiyəyə S-400-ün satılmasını qərara aldığını bildirib. Ərdoğan da öz növbəsində martın 9-da Ankarada çıxışı zamanı bəyan edib ki, Türkiyə Rusiyadan S-400 raket kompleksini almaqda israrlıdır.