Lukaşenko növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi sualını cavablandırıb, amma heç nə deməyib

Digər ölkələr
  • 06 iyul, 2023
  • 12:59
Lukaşenko növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi sualını cavablandırıb, amma heç nə deməyib
Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci ildə ölkəsində keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Report” xəbər verir ki, o, bu barədə iyulun 6-da yerli və xarici jurnalistlərlə görüşündə danışıb.

Dövlət başçısı bu məsələ ilə bağlı heç nə planlaşdırmadığını deyib.

A.Lukaşenko bildirib ki, onun seçkilərlə bağlı düşündüyü yeganə məsələ prezident vəzifəsindən getdikdən sonra Belarusun başına gələcək hadisələr barədədir.

Jurnalistlərin Belarus liderindən soruşduqları digər məsələ Rusiyada 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə bağlı olub. A.Lukaşenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu məsələni müzakirə etməyib.

Qeyd edək ki, A.Lukaşenko 1954-cü il avqustun 30-da anadan olub.

1994-cü ildən Belarusa rəhbərlik edir. O, beş dəfə ard-arda prezident postuna seçilib.

A.Lukaşenko sonuncu dəfə 2020-ci il seçkilərində səslərin böyük əksəriyyətini qazanmaqla dövlət başçısı olub.

Belarusda növbəti seçkilər 2025-ci ildə keçiriləcək.

44 filmi